Əlini öpən deputatı istefa verib, partiyasına keçməyə səslədi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni çağırış tərkibinin ilk iclasında onun qarşısında əyilərək əlini öpmüş “İYİ Parti”dən olan millət vəkili Hayati Arkazı partiyasına üzv olmağa dəvət edib.
Bu gün jurnalistlərlə söhbətində bu çağırışla çıxış edən Baxçalı bildirib ki, “əlöpmə” hadisəsindən sonra Arkaza qarşı partiyasında sərt münasibət sərgilənir.
O, “İYİ Parti”nin son qurultayında təşkilatın ən üst qurumu olan Ali İdarə Heyətindən (GİK) kənarlaşdırılıb. Bu səbəbdən də Baxçalı Arkaza çağırış edərək, onu MHP-yə dəvət edib:
“Dəyərli mübarizə yoldaşımız Hayati Arkaz və ona bənzər durumda olan dostlarımızı yaxından izləyirik. MHP olaraq, ilk növbədə dəyərli mübarizə yoldaşımız Hayati Arkazı partiyamıza dəvət edirik….”
 Müstəqil.Az

Share: