Əlcəzairdə helikopter qəzası — Biri polkovnik olmaqla, üç hərbçi öldü

Əlcəzairin şimalında, Ayn Defla əyalətinin El Attaf bölgəsində​ orduya məxsus Mi-171 helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

Əlcəzair Milli Müdafiə Nazirliyinin məlumatına görə, helikopter planlı təlim uçuşu həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.


Share: