Əlcəzair əsilli futbol azarkeşləri Parisin mərkəzində kütləvi iğtişaş törətdi

Əlcəzair əsilli futbol azarkeşləri Parisin mərkəzində kütləvi iğtişaş törədib.

RİA Novosti” xəbər verir ki, azarkeşlər Əlcəzair yığmasının Afrika Kubokunun ¼ finalında Kot-d’İvuar yığması üzərində qələbəsini qeyd etmək üçün Yelisey çöllərinə toplaşıblar.

İğtişaşlar gecə yarısı başlayıb. Bir neçə qrup azarkeş yaxınlıqda yerləşən mağazaların vitrinlərini dağıdıb və qarət edib.

kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Qeyd edək ki, Əlcəzair yığması Afrika Kubokunun ¼ finalında Kot-d’İvuarı məğlub edib (1:1 – əsas vaxt, 4:3 – penaltilər) yarımfinala vəsiqə qazanıb.

 

Share: