“Əl Nəsr” Luka Modriçi də transfer etmək istəyir

“Real”ın yarımmüdafiəçisi Luka Modriç üçün Səudiyyə Ərəbistanına yollanmaq imkanı yaranıb.

“Qafqazinfo” Goal.com-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Əl-Nəsr”dən təklif alıb. Amma o, həmin dəvəti qəbul etməyib. Belə ki, Modriç 2024-cü ilə qədər İspanya çempionatında oynamaq istəyir. 

Həmçinin,  “Əl-Nəsr” PSJ-nin futbolçusu Serxio Ramosa da təklif göndərib.


Share: