“Əl-Nəsr” gündə 400-ə yaxın Ronaldu forması satır

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun fan-şopunda Kriştianu Ronaldunun idman köynəklərinə böyük tələbat var.

Məlum olub ki, komandanın rəsmi mağazasında gündə 400-ə yaxın belə idman formaları satılır. Hər formanın qiyməti isə təxminən 100 dollardır.

Bildirrlir ki, yüksək tələbat səbəbindən mağazada yalnız həmin köynəklərin uşaq və XXXL ölçüləri qalıb.

Mənbə: sports.ru

Share: