Ələtdə sərnişin avtobusu yük avtomobilinə çırpıldı – Qəza

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu “ŞHAQMAN” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

 

Müstəqil.Az

Share: