Əkizlərdən birinin atası başqası çıxdı- Şok hadisə

Çində qəribə hadisə baş verib.

Müstəqil.az xəbər verir ki, Fucian əyalətinin Xiamen şəhərində yaşayan bir qadın əkiz uşaq dünyaya gətirib.

Lakin uşaqların bir-birinə bənzəməməsi qadının həyat yoldaşının diqqətini çəkib.

Buna görə onlar DNT analizinə müraciət edib. Test nəticəsində uşaqlardan birinin başqa kişidən olduğu ortaya çıxıb.

Əvvəlcə həyat yoldaşını analizin nəticələrini təhrif etməkdə günahlandırılan qadın daha sonra başqa bir şəxslə cinsi əlaqədə olduğunu etiraf edib. Onun həyat yoldaşı isə bunun müqabilində öz uşağını qadından alacağını, başqasının övladını böyütməyəcəyini deyib.

Qeyd edək ki, tibb tarixində fərqli atalardan əkiz uşaq dünyaya gəlməsi nadir hadisədir. Tibbdə “heteropaternal süperfekondasiya” adlandırılan belə durumlar ananın iki ayrı yumurtasının başqa spermalarla mayalanması zamanı ortaya çıxır.(publika)

Share: