Əfsanəvi rok qrupunun bəstəkarı vəfat etdi

“Procol Harum” rok qrupu şairi və bəstəkarı Keyt Rid 76 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Billboard yazır.

“O unikal bacarıqları ilə qrupun yaratdığı musiqinin formalaşmasına kömək etdi. Onun yazdığı sözləri Prokol pərəstişkarlarını sevindirdi”, – deyə qrup açıqlamasında bildirib.

Mətbuatın yazdığına görə, şairin ölümünə səbəb xərçəng xəstəliyi olub. Keyt Rid əksər musiqiçilərin repertuarındakı mahnıları və Prokol Harum qrupu üçün, o cümlədən qrupun məşhur hiti olan “A Whiter Shade of Pale” mahnısını yazıb.

Share: