Əfsanəvi qapıçı 6 ildən sonra geri döndü

Ukrayna millisinin sabiq qapıçısı Aleksandr Şovkovski Kiyev “Dinamo”suna qayıdıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 6 illik fasilədən sonra o, Xorvatiyanın “Osyek” komandasında olan Oqnen Vukoyeviçi əvəzləyib.

Belə ki, 47 yaşlı veteran qolkiper baş məşqçi Mirça Luçeskunun köməkçisi olacaq.

Xatırladaq ki, qapıçı 2016-cı ildə karyerasını bitirdiyini açıqlamışdı.

Qeyd edək ki, o, bütün karyerasını “Dinamo”da keçirib. Kiyev klubunun heyətində 14 dəfə ölkə çempionatının, 11 dəfə ölkə kubokunun, 6 dəfə ölkə superkubokunun qalibi olub. Ukrayna yığmasında Şovkovski 92 oyun keçirib.


Share: