Əfqanıstanda stadionda partlayış baş verdi

Əfqanıstanın paytaxtı Kabildə Beynəlxalq Kriket Stadionunda keçirilən oyun zamanı partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 16:00 radələrində baş verən partlayışda 4 nəfərin yaralandığı bildirilib.

Polis hələlik 6 min tamaşaçı tutumuna malik stadionda baş verən partlayışla bağlı təfərrüatları açıqlamayıb.


Share: