“Ədəbsiz güzgü”nün aktyoru vəfat etdi

İspaniyalı aktyor Ramiro Oliveros 83 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Ramiro Oliveros Fernandez 13 mart 1941-ci ildə Madriddə anadan olub. O, çəkilişlərə 1970-ci illərdə başlayıb.

Aktyor müxtəlif illərdə “Ədəbsiz güzgü”, “On üçlər arasında qatil”, “Qadağan olunmuş qadın”, “Şeytan xaçı”, “Ölümlə nişanlanan”, “Çılpaq terapiya”, “Narahat çılpaqlıq” kimi filmlərində oynayıb.

Qeyd edək ki, Oliveros “Cannibal Apocalypse” serialındakı rol yoldaşı və sevimli dostu Giovanni Lombardo Radice ilə eyni gündə vəfat edib.

Share: