“Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzusunda Elmi konfrans keçirildi

Ədəbiyyat İnstitutunda “Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzusunda Elmi konfrans keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Anım gününə həsr olunmuş “Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzusunda Elmi konfrans keçirilib. Konfransda şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq tarixi qələbəmizin əhəmiyyətindən söz açıb: “Vətən müharibəsində ölkəmizin Prezidentinin rəhbərliyi ilə qazanılan qələbə Azərbaycanın çoxəsrlik tarixinin ən nadir hadisəsidir. Azərbaycan dövlətinin Qarabağda Vətən müharibəsində apardığı mübarizə bütün dünya tarixində ən ədalətli müharibə kimi qiymətləndirilməyə layiqdir. Çünki Azərbaycan öz əzəli, əbədi torpaqları uğrunda təcavüzkara qarşı, işğalçı dövlətin tərəfdarlarına qarşı çox ədalətli savaş meydana qoydu. Bu müharibənin həm başlanması, həm də qələbə ilə başa çatması Azərbaycan xalqının öz müqəddəratı və ərazi bütövlüyünü bərpa etmək uğrunda haqlı mübarizəsinin real əks-sədasıdır. Akademiyada keçirilən bu tədbirlər həm də Azərbaycan alimlərinin Qarabağ müharibəsi və onun ətrafında cərəyan edən hadisələri elmin müxtəlif səviyyələrində ifadə etməsidir. Bu səbəbdən həftə ərzində bir çox tədbirlər keçirilib”.

Akademik İsa Həbibbəyli əlavə edib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciət etdi. Ölkəmizin hər yerində, hətta xarici ölkələrdəki səfirliklərdə bu gün qeyd edilir. Cənab Prezidentin sərkərdəlik qabiliyyəti, müharibəni idarə etmək mədəniyyəti bütün dünyada öyrənilir və təbliğ olunur. Akademiyada bu istiqamətdə tədbirlər keçirilir və kitablar çap olunur. İnstitutumuzun əməkdaşlarından Rahid Uluselin, Mərziyyə Nəcəfovanın qələbəmizlə bağlı kitabları da işıq üzü görüb. Bugünkü Anım gününə həsr olunmuş konfrans bizim institutunun əməkdaşlarının Qarabağ hadisələrini, Qarabağ uğrunda aparılan müharibəni, Vətən müharibəsinin dərslərini elmi müstəvidə təqdim edir”.

Konfransda AMEA-nın müxbir üzvi Tehran Mustafayev “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, professor Şirindil Alışanlı “Laçın: tarixi və bədii sözün yaddaşında”, dosent Rahid Xəlilov “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” mövzularında məruzə ediblər.

Digər alimlərdən Aygün Bağırlı, Elçin Mehrəliyev, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Fəridə Vəliyeva, Bahar Məmmədova, Əlizadə Əsgərli də “Qarabağ ədəbi mühiti: tarix və müasirlik” mövzularında məruzələrlə çıxış ediblər.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

 

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Share: