Tural Balabəyli
Gün gələr əzbər bildiyin telefon nömrəsini unudarsan .
Doğum gününü,
səsini,
ətrini,
gözlərini unudarsan;
və bərabər keçirdiyiniz
hər an
itər
yavaş-yavaş.
İtər…
Sonra xəyallarının
isti bir küncündə
boy verər,
bitər yenidən…