Zelenski Lyayenlə Aİ sammitindən əvvəl tərəflərin mövqelərini müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığı olub. Onlar Aİ sammitindən əvvəl tərəflərin mövqelərini müzakirə ediblər.

-nın məlumatına görə, bu barədə Zelenski özünün Telegram kanalında yazıb.

Zelenski vurğulayıb ki, o, AK rəhbəri ilə daim əlaqə saxlayır. Ukrayna Prezidenti, həmçinin Lyayenə Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu əldə etməsi ilə bağlı tövsiyələrinin yerinə yetirilməsi işinə verdiyi qiymətə görə minnətdarlığını bildirib.

Share: