Türkiyədə rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezidentlərin mətbuat konfransı zamanı Ərdoğan bildirib ki, Türkiyə Krımın Rusiyanın tərkibinə daxil edilməsini qəbul etmir. Onun sözlərinə görə, Türkiyə həmişə Ukraynanın müstəqilliyini dəstəkləyəcək.
“Türkiyə Krımın ilhaqını qəbul etmədi və etməyəcək”, – Ərdoğan qeyd edib.