
Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNN Türk”ün müxbiri Fulya Öztürk ölkənin daxili işlər naziri Süleyman Soyluya istinadən məlumat yayıb.
İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir.
Samandağda isə bir qadının başına daş düşüb və o, hadisə yerində ölüb.
***
Zəlzələ nəticəsində 8 nəfər yaralanıb.
***
Bu gün Türkiyədə baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər isə dağıntılar altında qalıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlama verib.
Soylu qeyd edib ki, 213 yaralı xəstəxanaya yerləşdirilib.
***
Zəlzələlər nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Yaralıların sayı isə 294 nəfərdir.