“Yoxluğunla söndü göydə dan ulduzum…”- Rəxşəndə Daşdəmirova

Səbrsizəm…
(Rəxşəndə Daşdəmirova)
Sənsiz keçən aylar,illər boğur məni,
Günahkaram,darıxıram sənsiz,qızım.
Ömür keçmir həsrətinlə,dözəmmirəm,
Yoxluğunla söndü göydə dan ulduzum,
Belə yaşaya bilmirəm,
                                       səbrsizəm.
 
Günəşli bir yaz günü itirdim səni,
Gələn hər bahar xəzandı,yoxdur yazım.
Ölməliyəm,ölsəm qovuşaram sənə,
Həsrətinin bir fəsli var,daha,qızım,
Nə edim ki,bu dünyanı ,mən sənsizəm.
 
Hər qaranlıq bir gecədə səninləyəm,
Dərdlərimi həsrətinə danışıram.
Nəfəsini hiss etməyin arzusuyla,
Için-için odlanıram,alışıram.
Sən gedəndən ruhsuz, səssiz-səmirsizəm,
Bu dünyadan getmək üçün səbrsizəm.
Müstəqil.Az
Share: