Yeni dönəmin yeni savaşı başlayır

Qlobal iqtisadiyyatın fosil yanacaqlardan bərpa olunan mənbələrə keçməsi yalnız zaman məsələsidir. Mütəxəssislər bunun beynəlxalq siyasətə necə təsir edəcəyini təxmin etməyə çalışırlar.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, “Rand” korporasiyası 1950-ci illərdən bəri Pentaqonla müharibə simulyasiyaları aparır. Xüsusilə, ABŞ, Çin və Rusiya arasındakı müharibələrin gedişatını modelləşdirib:

“Rand” artıq Avropada kiçik, lakin böyüyən bir təşkilatdır. Hər kəs artıq neftin olmadığı bir dünyada geosiyasi vəziyyətin necə olacağını təxmin etməyə çalışır. Bu, ən azından onu göstərir ki, faydalı enerji daşıyıcılarından imtina ana xətti təşkil etməkdədir”.

Agentlik vurğulayıb ki, artıq Çin, Avropa Birliyi ətraf mühiti çirkləndirməyən mənbələrdən istifadə etməyə başlayıb:

“ABŞ lideri Co Bayden də prezident seçkilərində iddialı iqlim planları sayəsində qələbə qazanıb. Hətta ötən ay BMT TŞ-dəki çıxışında Böyük Britaniya Baş naziri Boris Conson hələ də iqlim dəyişikliyinə ciddi yanaşmayanlara tənə edib”.

Pərviz H.

Share: