Yazarlarımız niyə Prezident olmaq istəmir?

Prezident seçkilərini sayılı günlər qalıb. Növbədənkənar seçkilərin keçirilməsi qərarı seçicilər tərəfindən verilməsə də, bu semki mütləq seçici aktivliyindən asılı olan tədbirdir.  Seçicilər arasında aparılan söhbətin əsas mövzusu da elə Prezident seçkisiylə bağlıdır; seçki də daha kimi namizəd kimi görə biləcəklər.

Biz də Müstəqil.Az olaraq namizəd sorağına çıxdıq. Yazarlar arasında sorğu keçirtdik, Prezident olmaq istərdinizmi deyə soruşduq.

Şair Murad Köhnəqala prezident olmaq istəmədiyinin səbəbini belə açıqladı: “Yox, olmazdım, əlbəttə. Mənim təhsilim və bacarığım yalnız yaradıcılıq üçündü”.

Yazar Xalid Kazımlı isə özünü Prezident kürsüsündə görə bilir: “Oturuşmuş sülh dövründə demokrat prezident olmaq istəyərdim. Seçkiylə gəlib seçkiylə gedənlərdən. Tam səmimi deyirəm, sırf ölkəmin, xalqımın rifahı üçün çalışardım. Ən ümdəsi, haqq-ədaləti bərqərar etməyə çalışardım. Bundan ötrü nə lazımsa edərdim. Qohum-əqrəbam, dost-tanışlarım məni sevməzdi, bilirəm. Çünki ayrı-seçkilik etməzdim və məndən yararlana bilməzdilər. Vəzifədən çıxandan sonra isə başıma qaxınc edərdilər ki, prezident olanda bizə bir gün ağlamadın…”

 Şair Bilal Alarlı şansının olmamaından gileyləndi: “Ölkənin hər bir vətəndaşının seçkili orqnlarda iştirak etmək, seçmək və seçilmək hüququ var. Əlbəttə, xalq istəsə, bu seçkilərdə iştirak etməkdən kimsə boyun qaçırmaz. Amma bu etimada layiq olub-olmadığını da bir düşünmək gərəkdir. İndi elə şəxslər yüksək postlarda yer tutmaq istəyir, evdə ailəsinin yanında sözü keçmir, prezident olub neyləyəcək?! Məsuliyyəti boynuna götürən adam bir düşünməlidir, boynum buna dözəcək, ya yox?! Şəxsən mənə gəldikdə isə deyə bilərəm ki, real olaraq bu şansım yoxdur, siyasi vəziyyət də elədir ki, seçkilərdə alternativlər formal xarakter daşıyır, əslində, seçki görüntüsü sərgiləyir. Şübhəsiz, şərait olsa, bu postu tutmağa, ölkə üçün xeyli iş görməyə layiq adamlar meydana çıxa bilər. İndiki şəraitdə mən prezident ola bilmərəm. Əgər potensial siyasətçilər seçki meydanından geri çəkilirsə, sıravi adamlara ümumiyyətlə yer yoxdur. Məsələ bu. Deyəsən, bizlər hələ uzun müddət səs vermək üçün gedəcəyik.”
Yazar Yafəs Türksəsin Prezidentlik iddiasına düşməməsinə səbəb mənsub olduğu xalqa güvənməməyindən irəli gəlir: “Yox, prezident olmaq istəməzdim. Bütün problemləri sifirdan həll etmək lazımdır ki, ona da gücüm çatmaz. Çünki əvvəlcə xalq olmalıyıq….”

Yazıçı Səxavət Talıblı  isə xalqın qəzəbinə gələ bilməsindən ehtiyat edir: “Prezident olmaq istəməzdim şair, çünkü zamanında Peyğəmbərlər belə daş-qalaq olunub”.

Yazar Aləmzər Sadıqıqızı da bir mənalı olaraq öıkə rəhbəri olmaqdan intina etdi: “İstəməzdim, bu çox da asan məsələ deyil. Mənim xasiyyətim buna uyğun deyil. Amma bilirəm ki, Prezident olsam xalqın sevimlisi olardım, kim nə istəsə verəcəkdim bir də görəcəkdim büdcədə heç nə qalmayıb. Mənim prezident olmağım üçün gərək xalqın bütün nümayəndələri mənim kimi olsun”.

 

Yazıçı Nurəddin Ədiloğlunun isə Prezident olmaq istəyinə ürəyinin yumşaqlığı mane olur: Yox! Ona görə ki, prezident olmaq ƏN BÖYÜK məsuliyyətdir, xalqı firavan yaşatmaq naminə gecə-gündüz çalışmaqdı. Bunu öhdəsinə götürən adam ilk növbədə xalqın rifahını düşünməlidir. Yox ey yox, məndən məmur ola bilməz… Ürəyiyumşaq adamam ee… Xəzinəni kasıb-kusuba paylaram, sonra neynəyərəm?

Yazarlarımızı Prezident kürsüsünə Faiq Balabəyli dəvət etdi

Share: