Yaşayışın olduğu iddia edilən planetdən radio siqnal alındı

Avstraliyanın “Swinburne” Texnologiya Universitetindən Rayan Şannon yeni nəsil radio teleskopları ilə apardıqları tədqiqatın nəticəsini açıqlayıb.
Müstəqil.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, Şannon 1 ildə 20 radio siqnalı müəyyənləşdirdiklərini bildirib. Ən yaxın siqnal 425 milyon işıq ili məsafəsindədir. Bəzi mütəxəssislər siqnalların yaşayışın mövcud olduğu planetdən gəldiyinə inanır.
Qeyd edək ki, güclü radio dalğaları ilk dəfə 2007-ci ildə Avstraliyanın Parkes radio teleskopu tərəfindən müəyyənləşdirilib.
Share: