Yaqub Zurufçu nazirliyi məhkəməyə verdi və məhkəməni qazandı…

Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlanıb.

Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq. (report)

Share: