Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb

 Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

“Report” “Kiodo” nəşrinə istinadən xəbər verir ki, təbii fəlakət zamanı daha 45 nəfər itkin düşmüş hesab edilir.

Öz növbəsində NHK telekanalının məlumatına görə, 6 nəfər huşsuz vəziyyətdədir.

“Associated Press” ölənlərin artıq 76 nəfərə çatdığını yazır.

Ən çox ölüm halı Honsyu adasının cənub-qərbində yerləşən Hirosima prefekturasında və Sikoku adasının Exime prefekturasında qeydə alınıb.

Müstəqil.Az

Share: