Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimalında 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Obihiro şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 112 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Share: