Yağışın yaratdığı fəsadlar aradan qaldırıldı

Bu gün səhər saatlarında Bakının müxtəlif hissələrinə yağan intensiv yağışın yaratdığı çətinliklər aradan qaldırılır.

Publika.az xəbər verir ki, səhər saatlarında yağıntının miqdarı proqnoz və ehtimal olunan normadan 10 dəfələrlə artıq olub. Bu səbəbdən də şəhər infrastrukturunda müəyyən problemlər müşahidə edilib. Hazırda FHN və şəhər təsərrüfatını idatə edən strukturlar zəruri tədbirlər görüb nəticəni aradan qaldırırlar.

Bundan başqa “Azərişıq” ASC məlumat yayaraq intensiv yağışın ciddi fəsadlar törətmədiyi, baş verən xırda problemlərin dərhal aradan qaldırıldığını bildirib.

Artıq şəhər nəqliyyatında hər hansı narahatlıq müşahidə edilmir.

Share: