XXI əsrin qorxulu röyası: “Super insanlar”

Mart ayında dünyasını dəyişən ingilis fizik Stiven Hokinq ən çox “super insan”ların yaranacağından qorxurmuş.

Müstəqil.az xəbər verir ki, bu barədə “Sandey Tayms” qəzetinin yayımladığı məqalədə deyilir.

“Alim hesab edirdi ki, maliyyə durumu orta göstəriciləri aşan insanlar genetik proqramlarda mövcud olan molekulları dəyişdirmək imkanına sahib olacaqlar. Hokinq bildirirdi ki, məhz bu dəyişliklər nəticəsində insanlar immuniteti gücləndirə və uzunömürlü yaşam əldə edə bilərlər. O, bu DNK dəyişikliyini XXI əsr üçün real təhlükə adlandırırdı”, – deyə məqalədə bildirilib.

 

Share: