Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapıldı

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-dən Müstəqil.Az-a bildirilib ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Qeyd edək ki, FHN xilasediciləri bundan əvvəl dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarmışdılar.

Müstəqil.Az

Share: