Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Müstəqil.az qaynarinfo.az-a istinadən məlumat verir ki, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənib. Yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.
FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov sayta bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur.
Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.
![](http://img.xeberci.az/gallery/2017/12/big/20171215023546-36375-2.jpg)
![](http://img.xeberci.az/gallery/2017/12/big/20171215023548-6379-2.jpg)
![](http://img.xeberci.az/gallery/2017/12/big/20171215023553-1499-2.jpg)
![](http://img.xeberci.az/gallery/2017/12/big/20171215023555-98792-2.jpg)