Xanım İsmayılqızı isimin altı halında…

 

Xanım İsmayılqızı – əslində Qarayeva Xanım İsmayıl qızı…
Xanım İsmayılqızının ilk şeiri 1991-ci ildə, ilk mahnısı 1993-cü ildə, ilk kitabı isə 1996-cı ildə işıq üzü görüb…
Xanım İsmayılqızına şair, publisist, tərcüməçi, jurnalist, bəstəkar kimi də müraciət etmək olar…
Xanım İsmayılqızını daha dərindən tanımaqdan ötrü, onunla görüşməyə ehtiyac yoxdur, şeirlərini oxuyub mahnılarını dinləsək yetər…
Xanım İsmayılqızıda olan istedad sərhəd tanımır, hətta Efiopiyada da olub- ümumbəşəridir…
Xanım İsmayılqızıdan umacağım nədir? Çox yaşasın!..

Yeni yaşınız mübarək, Xanım xanım!

Elman Eldaroğlu

Share: