Xaricdə fəaliyyət göstərən azərbaycanlı gəmi kapitan kimi, son günlərdə doğma vətənim Azərbaycanda baş verən proseslərə biganə qala bilmədim. Burada ifadə edəcəyim mövqe, təkcə mənim mövqeyim deyil, xaricdə mənimlə birgə fəaliyyət göstərən Azərbaycandan olan kapitanların mövqeyidir. Bir sözlə demək istəyirəm ki, bu yazımda mənimlə eyni şirkətdə calışan kapitanların fikirlərini də ifadə edirəm.
Məlumat ücün onu da bildirməyi özümə borc bilirəm ki, xaricdə və o cümlədən də Azərbaycanda fəaliyyət göstərən kapitanlar, həmçinin bütünlükdə dənizçilər Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini daim dəstəkləmiş, onun iqtisadi, sosial və mədəni inkişafında iştirak etmiş, cəmiyyətin və dövlətin siyasi həyatı ilə yaxından maraqlanmış, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarsılıqlı münasibət və əlaqələrin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşlar. Ona görə də, Azərbaycanda baş verən hadisələr bizi sarsıtmaya, kədərləndirməyə bilməz.
Mart ayından başlayaraq (təbii ki, bu proses dünyada daha öncədən başlanmış və bu barədə əvvəlki yazılarımda münasibət bildirdiyim ücün yenidən münasibət bildirmək istəmirəm) ölkəmizdə koronavirus pandemiyasının yayılması, ölkə rəhbərliyi tərəfindən qarşısının alınması istiqamətində verilən trapşırıqlar, görülən və görülməkdə olan işlər , onun fəsadlarının aradan qaldırılması , yaranmış pandemiya ilə əlaqədar həkimlərin mübarizəsi müsbət nəticə verməyə başladıgı bir zamanda 12 iyul, günorta saatlarından etibarən mənfur düşmənlərimiz olan Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan-Emənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi ələ keçirmək, həmçinin erməniyə xas məkirli niyyətlərini həyata keçirmək məqsədilə hücuma kecərək, növbəti torpaqlarımızın işğalına əl uzatdıları, lakin mübariz və mərd Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə düşmənin bədxah niyyətlərinin qarşısı alınmış və alınmaqda da davam olunur. Təbii ki, bu mübarizədə düşmənə layiqli cavabın verilməsi, sevincimizi ifadə etsə də, itkilərimiz bizi çox sarsıdır.
Azərbaycan Ordusunun şəhid olan əsgərlərin və Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olmuş və dünən ikinci Fəxri Xiyabanda dəfn olunmuş Qeneral- mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrinə səbr və Allahdan onlara rəhmət, yaralı əsgərlərimizə Allahdan şəfa diləyirik və çox istərdim ki, gələcəkdə şəhid generalımızın adını əbədiləşdirmək üçün gəmilərimizdən biri onun adı ilə adlandırılsın.
Şübhəsiz ki, bütün şəhidlərimizin məkanı cənnətdir,onlar bu cənnəti vətənin bütövlüyü uğrunda axıdılan qanları ,fəda olunan canları ilə qazandılar. Vətənin bu günündə bizim üzərimizə düşən vəzifə isə, hər kəsin bu mübarizədə əlindən gələni əsirgəməməsidir.
Hazırda vətəndə olmasaq da, hətta ağır pandemiya dönəmində vətəndaşlarımız evlərində qalsalar da, hamımız yekdilliklə ordumuza dəstək ola bilərik.
Biz gəmi kapitanları calışırıq ki, qarışıq millətlərdən ibarət gəmi heyətinə Azərbaycanda gedən prosesləri doğru-dürüst catdıraq, erməniləri işğalçı dövlət kimi onlara dönə-dönə xatırladaq, qeyri -rəsmi və əsassız məlumatları yaymayaq, dezinformasiyanın qarşısını alaraq, əsgər və zabitlərimizə ruh yüksəkliyi verək, həmrəylik nümayiş etdirək. Bu istiqamətdə yenicə qeydiyyatdan keçmiş Dənizçilərə Sosial Dəstək İctimai Birliyi biz xarici ölkələrdə işləyən dənizçilərə yardımçı ola bilir. Onların yaydıqları dolğun informasiyaları gəmilərimizdə olan digər ölkələrin də vətəndaşlarına çatdırırıq.
Bu gün ,vətənimizin bu çətin dönəmində, həkimlərimizin koronavirusla, əsgərlərimizin torpaq ugrunda mübarizə apardıgı bir zamanda vətəndaş dəstəyi, vətədaş həmrəyliyi çox vacibdir. Ona görə, elə etməliyik ki, bu gün tərəfimizdən atılan hər bir səhv və düşünülməmiş addım ciddi şəkildə ziyanımıza, əksimizə işləyə bilməsin, necə deyərlər gəlin, “düşmənlərimizin dəyirmanına su tökməyək”, xüsusilə üzümü gənclərimizə tuturam.
Sonda, vətəndən uzaqda yaşayan hər bir vətən oglunun adından, o cümlədən bacarıq və peşəkarlıqları ilə bütün dünya dənizcilərinin qibtə etdikləri azərbaycanlı dənizciləri adından Azərbaycana qələbə, zəfər, Ermənistana matəm arzulamaq diləyi ilə Sizlərdən ayrılıram.
Bir daha şəhidlərimizə Allahdan rəhmət,yaralılarımıza şəfa diləyirəm…
Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm…
Xalqıma bu cətin günlərdə səbr və dözüm arzulayıram ,vətənimə isə başını dik tut deyirəm….
Zəfər, qələbə bizimdir,insaallah….
Nazim Həbibov –
Uzaq Səfərlər Kapitanı