Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında – FOTOLAR

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında – FOTOLAR

25 aprel 2026-cı il tarixində Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli TESİAD-ın
İstanbulda keçirilən Məsləhət Şurasının iclasında iştirak edib. Yüksək səviyyədə təşkil olunmuş iclasİstanbulun Çamlıca Qülləsində baş tutub.

“ABŞ-İsrail-İran savaşının Türkiye ve Dünya Ekonomisine etkileri” mövzusunda TESİAD-ın İdarə Heyətinin geniş tərkibdə keçirilən tədbirinə Türkiyə və dünyanın müxtəlif ölkələrindən qonaqlar da iştirak edib.
Tədbirdə eyni zamanda Türkiyənin tanınmış böyükelçiləri, e.Tuğgeneralları, İş Adamları, Hollandiya, Makedoniya, Azərbaycan və digər ölkələrdən qatılan nümayəndələr bölgədə yaranmış hərbi, siyasi və iqtisadi vəziyyətlə bağlı fikirlərini bildiriblər.
Toplantını giriş sözü ilə TESİAD Yüksek İstişare Kurulu Başkanı Dr. İlyas Bozkurt açıb. Mətbuata tam qapalı keçirilən və təxminən 6 saat davam edən iclasda maraqlı müzakirələr aparılıb.Müzakirədən sonra qonaqlar ən yüksək zirvədən İstanbulun füsünkar mənzərəsini seyr edib və xatirə şəkilləri çəkdiriblər.

Share: