Xəstəliyə məğlub olma, qalib ol, Qalx ayağa, şəhidlərin bacısı!

Tovuz şəhərində yaşayan Fuad İbrahimov adlı oxucumuzun şeiridir. Səhər saatlarında dostum Nəsimi Tovuzlu göndərmişdi.  Qənirə xanıma xalq sevgisinin bariz nümunəsidir bu şeir. Hisslərini. sevgisini belə ifadə edib oxucumuz. Təəssüf, xanım əfəndimiz haqqın dərgahına qovuşdu. Şeiri gec də olsa yayınlayırıq.
Müstəqil.Az

Fuad İbrahimov

Qənirə Paşayevaya

Sən bu xalqın, bu millətin qızısan,
Bu xalqın dərdilə yatıb-oyandın.
Ən mötəbər, ən ali kürsülərdə
“Qarabağ bizimdir! – dedin, dayandın.

Şəhid ailələrinə arxa olmusan,
Körpələrin qəlbinə yazılıb adın.
Hər şəhidə ağlamısan, dolmusan,
Ey kişi qeyrətli, uca, mərd qadın!

Arzuların çin oldu, elimin qızı,
Xankəndində dalğalanır bu bayraq.
Müzəffər Ali Baş Komandanımızın
Dəmir yumruğu ilə alındı torpaq.

İndi hünər vaxtı, zəfər vaxtıdır,
Geridə qaldı dərdlərin acısı.
Xəstəliyə məğlub olma, qalib ol,
Qalx ayağa, şəhidlərin bacısı!

Sən demisən bu sözləri min dəfə:
“Mənim xalqıma qurban olsun canım!”
Şəfa arzulayır, xalq deyir sənə:
Yastığın yüngül olsun, gözəl xanım

Share: