“Xəzər canavarı” muzeyə gətirilib – VİDEO

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, ekranoplan 80-ci illərdə nəzərdə tutulan seriyanın birincisi olaraq inşa edilmişdi. 903 saylı bu layihə Sovet İttifaqında bir neçə onilliklər boyu davam edən tədqiqatların nəticəsi idi. Yalnız SSRİ-də istehsal edilən ağır döyüş ekranoplanlarının yaradılması böyük texniki çətinliklərlə üzləşmişdi. “Lun” ekranoplanından əvvəl istehsal edilmiş “KM” sınaq üzüşlərindən uğursuz çıxmışdı. “KM”-in parametrlərini və texniki göstəricilərini daha da təkmilləşdirərək “Lun” ekranoplanı hazırlanır.

SSRİ-nin dağılması ilə ekranoplanların istehsalı da dayanır. Sifariş edilmiş 8 ekranoplandan yalnız birinin inşası tamamlanır. Üzən vasitə 90-cı illərin əvvəlindən “Daqdizel” zavodunun ərazisində saxlanılırdı. Cari ilin yanvarında onun muzeyə verilməsi qərarı qəbul edilir.

Müstəqil.Az

Share: