“VOLF MESSİNQ KİMDİR?”-Gənc yazar Aygün Sadiqin maraqlı araşdırmalarından…

VOLF MESSİNQ KİMDİR?
 
O, 1899-cu ildə Varşavada doğulub. Kasıb dindar ailədə məcburən dini məktəbə qoyulan uşaq dualarla keçən təhsili istəmədi, amma azyaşlı olması üzündən istəyi rədd edildi.
Yeniyetmə ikən birtəhər qəpik-quruşla evdən gedir. Qatara biletsiz minən oğlan oturacağın altında gizlənir və ilk olaraq konduktoru inandıra bilir: biletləri yoxlayarkən gözünü konduktora aramsız zilləyərək bir qəzetdən parça kəsib verir. Konduktor kağlza baxır, təəccüblənir:
– Biletin ola-ola niyə gizlənirsən?
Və kağızı damğalayaraq ona qaytarır:
– Qalx, əyləş. İki saat sonra Berlində olacağıq…
… Bu, onun ilk zehin yönləndirməsi idi.
Berlinə gəlmişdi, amma səfil güzəran sürürdü. Ayaqqabı təmizləyən, təmizlikçi işlədi.
O qədər ağır həyat sürürdü ki, bir gün bayılıb yıxılmış, gözünü xəstəxanada açmışdı…
Bir gün sirkə işə düzəldi. Gizlənən əşyaları və gizli yazıları oxumaqla şöhrət qazandı. Dünyanın hər yerindən izləyici topladı və Vyana turnesindən sonra Eynşteynlə tanış oldu. Eynşteyn onun qeyri-adi qabiliyyətinə heyrətlənmişdi.
10 il ərzində məşhur oldu. Hindistanda Qandi ilə görüşdü, onun testlərindən uğurla keçdi, bir məşhur polşalının itmiş zinət əşyasını tapdı.
1937-ci ilə verdiyi öngörüdə dedikləri dəhşətli idi:
– Hitler Avropaya hücum etsə, məhv olacaq. Açdığı savaş onun sonunu gətirəcək.
Xəbərdən narahat olan Hitler çox əsəbiləşdi və onun başına məbləğ qoydu.
1939-cu ildə alman ordusu Varşavaya girəndə küçədə onu ölümcül döyüb həbsə atdılar.
Telepatiyası yenə köməyinə gəldi: çoxlu həbsxana işçiləri və əsgərləri həbs edib özü xilas oldu. Mesaj belə idi: “Hamımız kamerama gəlin”.
….
Artıq, Varşavada qala bilməzdi. Gecə ikən sərhədi keçib Rusiyaya gəldi.
Ailəsini almanlar qətl etdilər.
SSRİ-də bir göstəri zamanı polislər tutub Stalinə aparırlar. Stalin onun haqqında məlumatlı idi. Həmçinin sınamaq istəyirdi. Tapşırıq verildi ki, xüsusi qorunan sovet bankından böyük məbləğdə pul gətirməlisən.
Yenə adi kağızla bank işçisinin zehninə girərək təsir etdi, lazımsız kağızlar müqabilində onun çantasını həmin məbləğdə pulla doldurdular və yola saldılar.
Çöldə gözləyən Stalinin adamlarına pulu təhvil verdi, qayıdıb lazımsız kağızları bank işçisinə göstərərkən işçi yerindəcə infarkt keçirib öldü.
Stalin növbəti sınaq keçirdi: bağlı və qorunan hökümət evindən çıxmağa müvəffəq olmaq.
O, bunu da etdi, hətta mühafizəçiləri sıraya düzüb özünə əl yelləmələrini də düzənlədi.
Stalin üçüncü dəfə tapşırıq verdi : onun yüksək mühafizə edilən otağına girmək.
Bunu da bacardı.
Stalin onu qarşısında görəndə heyrətlə soruşdu :
-Bunu necə bacardın?
– Mən bütün mühafizəçilərin zehninə bir cümləlik məlumat göndərdim: “mən Beriyayam”(Beriya- diktatorun xüsusi və gizli polis rəisinin adı idi).
 
Sovetin Almaniya ilə münasibətlərinin yaxşı olduğu vaxt onun durugörüsü başqa xəbərlər verdi:
– Dəhşətli savaş olacaq. Hitler məhv olacaq.
Hətta qələbənin tarixini də demişdi.
Onun proqnozları reallaşdı.
Durugörüsü ilə bağlı bəzi ipucuları verib.
“Düşüncələr mənə gəlir. Gözümü bağlasanız, bu, daha asanlaşır (səbəb: epifizin qaranlıqda aktivləşməyə başlamasıdır-A.S.); toxunuşla daha yaxşı nəticə alıram; fikri dağınıq olanların zehnini dumanlı şəkildə oxuyuram; kar və lalları oxumaq isə rahat olur”.
1974-cü ildə SSRİ-də vəfat edib.
 
Aygun Sadiq
Share: