Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən dövlət qurumlarına şikayət olundu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin bir qrup əməkdaşları haqda redaksiyamızın elektron poçtuna tükürpədici faktlar daxil olmaqda davam edir.

Müstəqil.Az-ın dəyərli oxucularının diqqətinə onu da çatdırırıq ki, bir müddət yerlərdən redaksiyamıza ünvünlanan şikayət məktubları əsasında saytımızın əməkdaşları da araşdırma yazıları təqdim edib, zərərçəkmiş şəxslərin, yaxud müəyyən təzyiqlərlə üzləşmiş sahibkarların fikirlərinə geniş yer vermişik.

Xatırladaq ki, saytımızda yayınlanan yazılarda (http://www.mustaqil.az/2018/06/04/mikayil-cabbarov-fazil-məmmədovun-is-prinsipini-təkrarlayir-arasdirma/ http://www.mustaqil.az/2018/05/28/sabibkarlar-bu-dəfə-nazirə-etiraz-etdilər-susmayin/,http://www.mustaqil.az/2018/04/24/vergi-mufəttisləri-pullarimizla-kef-edirlər-sahibkarlarin-harayi-fotolar/,http://www.mustaqil.az/2018/04/29/nazir-mikayil-cabbarov-gozdən-salinir-cənublu-sahibkarlar/, http://www.mustaqil.az/2018/05/03/14264http://www.mustaqil.az/2018/05/09/cənub-bolgəsinin-vergi-sprutu-umid-mikayil-cabbarovadir http://www.mustaqil.az/2018/05/20/mikayil-cabbarov-umidimizi-dogrultmur-sahibkarlar-od-puskurdu, http://www.mustaqil.az/2018/06/11/fazil-məmmədov-və-mikayil-cabbarovun-vergilər-nazirliyi-kohnə-hamam-kohnə-tas, http://www.mustaqil.az/2018/06/23/sahibkarlar-mehriban-%C9%99liyevadan-kom%C9%99k-ist%C9%99dil%C9%99r/, http://www.mustaqil.az/2018/08/13/az%C9%99rbaycan-respublikasi-vergil%C9%99r-nazirliyi-dogrudanmi-cinay%C9%99tkarlari-qoruyur/) adı çəkilən nazirliyin barəsində bəhs etdiyimiz vergi idarəsində baş verən hadisələr, əslində, böyük bir mafiyanın planlı şəkildə həyata keçirdiyi aksiya olduğu bildirilirdi. Bildiyiniz kimi, belə iddia irəli sürməyə şikayətçilərin dediklərinə əsaslanaraq yazilmışdı.

Redaksiyamıza adı çəkilən 6 saylı ƏVİ-nin qanundan lənar fəaliyyəti haqqında idarənin bir qrup (9 nəfər əməkdaş) əməkdaşın birgə imzaladığı və əsası

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevə

Surəti:    Azərbaycan Respublikası Dövlət Təhlukəsizlik Xidmətinin

rəhbəri, General-Leynenant, Azərbaycanın Milli  Qəhrəmanı, Cənab Mədət Quliyevə,           Azərbaycan Respublikasının  Baş Prokuroru, Cənab  Zakir  Qaralova Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə  Baş İdarəsinin rəisi Cənab   Kamran Əliyevə,Azərbaycan Respublikası Vergilər Naziri cənab Mikayıl Cabbarova və Müstəqil.Az-a göndərilən şikayət məktububnda ətraflı bəhs olunub və adı çəkilən rəhbərlərdən idarənin qanundankənar fəaliyyətino son qoyulması istənilib.

Azerbaycan Respublikasının  Prezidenti və ayrı ayrı dövlət orqanlarının rəhbərliyinə ünvanlanmış  məktub müraciətdə  6 saylı Ərazi Vergilər İdarəsində baş vermiş qanunsuzluqlardan danışılır.Hansı ki. Həmən qanunsualuqların bir hissəsi Müstəqil.Az-da işiqlandırılmışdır. Maraqlı fakt odur ki, Müstəqil.Az-da hər material gedəndən sonra 6 saylı Ərazi Vergilər İdarəsində baş verən qanunsuzluqlar daha geniş vüsət alır. Sanki Müstəqil.Az 6 saylı Ərazi Vergilər İdarəsini reklam edir.

Redaksityamızla əlaqə saxlayan mənbə redaksiyamızla əlaqə saxlayaraq  bildirir ki, onu Vergilər Nazirliyinə İzahat vermək və yazılanları təsdiq etmək üçün dəvət edirlər. Lakin müracət sahibi işdən çıxarıla biləcəyi üçün Nazirliyə getməkdən imtina etmişdir. Mənbə  nazirliyin nümayəndəsinə cavab olaraq  bəzi  faktları daha aydın və daha dəqiq göstərməklə izahat verdiyini deyir. Nazirlik nümayəndəsinə bildirib ki, dediyim faktların hər hansı biri düz olmasa mən özüm ərizə verib işdən azad olunub polisə təslim olacağam.

Yox, əgər faktlar araşdırılmasa mən bu faktları daha geniş geniş və dəqiqliklə məhkəmə orqanlarına təqdim edib bütün yazışmaları təqdim etməklə həm təzminat davası açacağam həm də məktubda göztərilən fakları araşdırmayan vəzifə sahiblərindən şikayət edəcəyəm.”

 

Müstəqil.Az olaraq bir qrup vergi əməkdaşı tərəfindən Vergilər Nazirliyinə göndərilmiş növbət məktubu ixtisarla oxucuların diqqətinə catdırırıq:

“Cənab Nazir, baza məlumatlarına baxsanız görərsiniz ki, Yaşar Allahverdiyevin Biləsuvar rayonu, Qışlaq 33-də güyaneçə müəssisəsinin obyektlərinin olduğunu görərsiniz.

Baza məlumatlarına baxsanız neçə neçə ödəyicinin onlarla yuk maşını gətirərək nə satması haqqında nə də istifadısi haqqında heç bir informasiyanın olmadığını görərsiniz.

Baza məlumatlarna baxsanız təsisçi və müəssisə rəhbəri  6 saylıƏrazi Vergilər idarəsinin ərazisində qeydiyytda olmayan müəsssələrin 6 saylıda qeydiyytda olamsını da görərsiniz.

Məktubda göstərdiyim Namiq Bağırov və Nazim Tağıyevin materialdan adının cıxarılması üçün jurnalistə müəyyən məbləğdə pul verməkdə israrlı olması faktını nə jurnalist, nə də onlar təbii ki təsdiq etməyəcəklər.Ancaq  saytın materiallarında onların nəsə boyun olmaları açıq aydın yazılıb.

Xidmət mərkəzlərinə təhkim olunmuş avtomobillər 6 saylı ƏVİ-nin ərazisində saxlanılmışdır.Buna görə də Eldəniz Kərəmov Masallı Xidmət Mərkəzinə təhkim olunmuş avtomobilin nömrəsini çıxarmaqla öz şəxsi istifadəsində olan Mersedes E klas avtomobilinə dəfələrlə dövlət hesabına yanacaq almışdır.

Sizin qarantınız olduğu təqdirdə 6 saylı ƏVİ-də baş vermiş cinayət hadisəsi barədə Hüquq mühafizə orqanlarına ünvanlandırdığm faktı Sizə deyə bilərəm.

Valeh Əliyev faktiki şöbə rəisi olmağna baxmayaraq Ədalət Fərəcov özüylə  əvvəl işlədiyi  ƏVİ-dən gətirdiyi Bəhruz Heydərovu bölmə rəisi təyin etməklə şöbə rəisliyi səlahiyyətlərini ona vermişdir.Bu da subuta izahata ehtiyacı olmayan daha bir fakt.

Adları məktubumuzda qeyd olunan vergi əməkdaşları Bakıda və xaricdə onlarla daşınmaz əmlak alıblar.Onların aldığı əmək haqqıyla almaq mümkündürsə bizlər niyə ala bilmirik.Yox əgər əmək haqqı ilə almaq mümkün deyilsə onlar bu qədər pulu haradan qazanıblar.

Sizdən xahiş edirik ki,6 saylı ƏVİ də baş verən qanunsuzluqlar haqqında tədbir görəsiniz yoxsa bu Sizin apadığınız  siyasətə xələl gətirəcəkdir.

Bu qanunsuzluqların qarşısı alınmasa biz ya məhkəməyə müraciət edəcəyik. Yada kütləvi işdən çıxmaq haqqında ərizə yazıbbn(səbəbini də məlum hadisələri göstərməklə) surətini  Ölkə rəhbərinə. DTX-a, Respublika Prokurorluğuna göndərəcəyik”.

Ötgün

P.S. Qarşı tərəfin mövqeyini yayımlaçağa hazırıq

 

 

Share: