Vaqif Əsədov jurnalistləri peşə bayramı münasibəti ilə təbrik etdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov 22 İyul Milli Mətbuatın 146 illiyi münasibətilə media nümayəndələrini təbrik edib.

Müstəqil.Az  xəbər verir ki, təbrik müraciətində deyilir:

“Hörmətli həmkarlar!

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, Milli mətbuatımız bütün dövrlərdə keşməkeşli və şərəfli yol keçmişdir. Azərbaycanda mətbuat üzərindən senzuranın götürülməsi, demokratik ənənələrə, fikir və ifadə azadlığının formalaşmasına, eləcə də maariflənməsində əvəzsiz xidmətləri olan qələm sahiblərinə Ulu öndər Heydər Əliyev, bu gün isə cənab Prezident İlham Əliyev hər zaman diqqət və qayğı göstərmişdir.

Milli Mətbuat gününün hər il ölkəmizdə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə fəxri adların verilməsi, həmçinin mənzil problemlərinin həll olunması mətbuat işçilərinə olan münasibətin bariz nümunəsidir.

Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun inkişafıdır. Bu baxımdan Siz hər zaman fəaliyyətimizə dəstək nümayiş etdirib, yol hərəkəti təhlükəsizliyinin təbliği sahəsində bizimlə birgə xidmət aparmısınız.

Beləliklə, Sizin Bakı şəhər Dövlət Yol Polisinin xidmətinə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi və “Yol hərəkəti haqqında” Qanunun təbliğatında xidmətlərinizi yüksək qiymətləndirir və 22 İyul Milli Mətbuat günü münasibəti ilə Sizi təbrik edirik.

Sizə şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə müvəffəqiyyətlər və bütün şəxsi heyətimiz və öz adımdan maarifləndirmə sahəsində bundan sonra da uğurlu fəaliyyət göstərməyinizi Ulu Tanrıdan diləyirik.

Dərin hörmət və ehtiramla,
Vaqif Əsədov,
Bakı BPİ DYPİ HTT İQƏB rəisi, polis polkovniki”

Müstəqil.Az

Share: