Vaksin vurulmuş şəxslər 6 ay sonra yenidən vaksin vurdurmalıdır? – TƏBİB açıqlama verdi

Vaksin olunan və ya xəstəlik keçirən şəxslərdə immunitetin nə qədər olacağı məlum deyil.

Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının heç bir ziyanı yoxdur: “Hazırda vaksin vurulmuş şəxslərin 6 ay sonra yenidən vaksin olunması ilə bağlı qərar yoxdur. Həm xəstəlik keçirmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet neçə müddət olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.

Share: