Vətəni qoruyan polislər – Aslan Əliyev

 

Cəbrayıl polisləri haqqında “13-cü gün” sənədli filminin təəsüratları ilə.

Yağı düşmən əlindən
Qorudu insanları,
Asayış keşikçisi
Cəbrayıl oğlanları.

Vətənin dar günündə
Oldu hamıya dayaq.
Olmasın əsir-yesir,
Nə bir körpə, nə uşaq

Cəbrayıl torpağında
Vətəndən vətənə yol,
Keçir Araz üstündən
Arzularla nurlu yol.

Araz olub bir sərhəd,
Qardaşlar arasında.
On üç gün qaldı onlar
Gumanın ortasında.

Xudafərində körpü!
Vətənlər arasında.
Qəlblərdə sərhəd yoxdu
Uşaqlar arasında.

Köks ötürüb duruxdu,
Araz da vətən imiş.
Ölkələr arasında
Araz bir sərhəd imiş.

Keçdi qəlbindən bir an,
Bir sızıltı, bir ağrı.
Gör Vətən də vətənə,
Necə sərhəd olarmış?.

Sipər oldu yağıya,
O bir xilaskar əsgər.
Torpağı da qorudu,
Məni qoruyan qədər.

Baxmaz haray-həşirə,
Düşmən tək mürdəşirə,
Vermədi aman, bir an
Cəbrayıl polisləri.

Hövsələ, tənkin ilə
Töksə də göz yaşını.
Anadan bir yadigar
Saxlayıb ev açarını.

Evindən yox əlamət!
Yerində yox bir hacət.
Qəlbdə sevgi, məhəbbət
Gözündə sevinc yaşı.

On üç gün gecə-gündüz,
Yummadı bir an gözün,
Xilas etdi insanı,
İtirmədi heç özün
Cəbrayıl polisləri.

Cəbrayıl diyarlnln
Mərd -igid oğlanları.

02.05.2022.

Aslan Əliyev.

Share: