Uşaq yazıçısı ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında 144 və 30 nömrəli tam orta məktəb şagirdlərinin uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüşü keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə məktəblilər ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgi ətrafında uşaqlara kitablar haqqında məlumat verilib, dünyagörüşlərinin formalaşmasında kitabın xüsusi əhəmiyyəti qeyd edilib.

Daha sonra kitabxananın oxu zalında şagirdlərin təqdimatında yazıçı Mehriban Nağıyevanın “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında hazırlanmış kompozisiya təqdim olunub.

Share: