“ULDUZ” jurnalının “Poeziyada Vətən” mövzusuna həsr olunmus növbəti sayı işıq üzü gördü

“Ulduz” jurnalının yanvar sayı  “Poeziyada Vətən” mövzusuna həsr olunub. “Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan xüsusi buraxılış şəhidlərə ithaf edilib.
 Filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova “Poeziyada Vətən” adlı yazısıyla müxtəlif zamanlarda poeziyamızda boy göstərən Vətən seirlərindən söz açır.
 
 Jurnalda Əli bəy Hüseynzadə, Rəşid bəy Əfəndiyev, Abbas Səhhət, Hüseyn Cavid, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Əli, Zülfüqar bəy, Abdulla Şaiq, Səməd Vurğun, Əliağa Vahid, Süleyman Rüstəm, Almas İldırım, Nigar Rəfibəyli, Rəsul Rza, Balaş Azəroğlu, Mədinə Gülgün, İslam Səfərli, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Qabil, Nəbi Xəzri, Söhrab Tahir, Əliağa Kürçaylı… və günümüzəcən yazılan Vətənə həsr olunmuş  şeirlərdən bir qismi  yer alır.
  Vətən ətirli “Ulduz”u oxuyun! (Artkaspi.az)
Share: