Ukraynalı idmançı Avropanın ən güclü adamı oldu

Böyük Britaniyanın Lids şəhərində güclülər arasında Avropanın Ən Güclü Adamı turniri keçirilib.

Onun nəticələrinə görə, ukraynalı Pavlo Kordiyaka 57,5 ​​xal toplayaraq köhnə qitənin ən güclüsü olub.

İkinci yeri Ukraynanın digər təmsilçisi Aleksey Novikov (53,5), üçüncü yeri isə Latviya idmançısı Ayvars Şmaukstelis (51,5) tutub.

Qeyd edək ki, Kordiyaka 2020-ci ildə Ukraynanın ən güclü adamı kimi tanınıb, eyni zamanda 2019-2020-ci illərdə Ukraynanın mütləq çempionu, “Loglift 2019” və “World Strongman Uzbekistan 2019” kimi turnirlərin də qalibi olub.

Mənbə: zn.ua

Share: