Ukrayna Xerson əməliyyatına başlayıb: bu cür zərbə endirilir

Ukrayna Silahlı Qüvvələri ən az itki ilə Xersondakı rus dəstəsini Dneprə geri çəkilməyə və orada təslim olmağa məcbur etməyə çalışır.

Müstəqil.Az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Biz Xersona bir neçə istiqamətdən təzyiq edirik. Əsas vəzifə o deyil ki, istehkam sahələrinə hücum edək. Bu dəfə müdafiə xətləri qurduqları yerdən yan keçməyə çalışırıq. İkincisi, biz anbarları, texnikanı, silahları, şəxsi heyəti, komanda məntəqələrini, rabitə vasitələrini məhv etməklə bu qruplaşmaya itki verdiririk”, – O.Jdanov söyləyib.

Ekspert qeyd edib ki, rus hərbçilərinə həm təyyarələrlə, həm də artilleriyalarla zərbələr endirilir.

Müstəqil.Az

Share: