Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov Rusiya Federasiyasının döyüş obyektlərinə zərbələrin əhatə dairəsinin, səviyyəsinin və şiddətinin genişləndirildiyini açıqlayıb.
“Hər yeni döyüş tapşırığı ilə Ukraynanın döyüş PUA-ları və dəniz dronları daha dəqiq, operatorlar daha təcrübəli, döyüş koordinasiyası daha səmərəli olur və istehsalçılar öz performans xüsusiyyətlərini təkmilləşdirmək imkanı əldə edirlər”, – Danilov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, avqust ayı xüsusilə ukraynalı “ovçular” üçün uğurlu olub.
Danilov həmçinin vurğulayıb ki, Rusiya hədəfləri Ukrayna silahları və onların dünya səviyyəsində reklamı üçün ən yaxşı sınaq meydançasıdır.