![](https://www.mustaqil.az/wp-content/uploads/2022/09/1663904895454647gmi-716x477.jpg)
Sentyabrın 22-də Ukrayna limanlarından 7 gəmi çıxıb.
Ukraynanın İnfrastruktur Nazirliyinin məlumatına görə, bu gəmilərin anbarlarında Asiya və Avropa ölkələri üçün nəzərdə tutulan 107,5 min ton taxıl və taxıl məhsulları var.
“Taxıl təşəbbüsü” çərçivəsində avqustun 1-dən indiyədək Ukrayna limanlarından 192 gəmi yola salınıb, Asiya, Afrika və Avropa ölkələrinə dəniz yolu ilə ümumilikdə 4,38 milyon kənd təsərrüfatı məhsulu ixrac edilib
mənbə:“Seanews.az”