![](https://www.mustaqil.az/wp-content/uploads/https://apa.az/storage/news/2024/february/27/resize/65ddf3ab40bb365ddf3ab40bb4170904465165ddf3ab40baf65ddf3ab40bb1.webp)
Ukrayna Hava Qüvvələri gün ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.
UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk “Telegram”da məlumat verib.
Oleşuk vurulan Rusiya təyyarəsinin fotosunu paylaşıb.
Hərbi Hava Qüvvələrinin komandanı səhər saatlarında da Ukraynanın şərqində Rusiyaya məxsus Su-34-ün vurulduğu barədə məlumat vermişdi.