Təbiətə bir baxış – Hindistanlı şairin şeiri

Təbiətə bir baxış – Hindistanlı şairin şeiri

Müstəqil.az Hindistanın tanınmış şairi Apu Mondalın şeirini Saday Şəkərlinin tərcüməsində təqdim edir

Səhərin sakitliyində,
ağacların pıçıltıları
qədim hekayələri faş edir.
Kökləri torpağa sarılmış,
yarpaqları — yaşıl bir bayraq,
mahnılar sovurur mehə.

Quşlar oyanır,
Söhbətləri qarışır günəş şəfəqlərinə,
Rəqs edən kölgələrlə birgə
yosun bağlamış torpaq üzərində.
otların yarpaqları parıldayır
səhər mehi və şeh ilə.

Bu müqəddəs məkanda
biz təsəlli tapırıq, bir dinclik,
təbiətin ritmində dincələrək.
Harada ki, zaman dayanır
və həyatın nəbzi yavaşca vurur,
bir toxunuş və bir ah kimi…

Share: