“Twitter” hakerlər üçün asan hədəfə çevrilə bilər

İş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra işçilərin kütləvi şəkildə ixtisar edilməsi “Twitter” platformasının sındırılmasına və uğursuzluqlara məruz qalmasına səbəb ola bilər.

Noyabrın 20-də Qətərdə başlayacaq Dünya Çempionatı zamanı bu, xüsusilə kritik ola bilər. Belə ki, məhz bu zaman şəbəkədəki aktivlik ən yüksək həddə çatacaq.

Məlumata görə, ixtisarlar sosial şəbəkənin fəaliyyətini təmin edən bir neçə əsas komandaya təsir edib. İndi bu komandalar ya tamamilə dağılıb, ya da mütəxəssislər çatışmır. Xüsusilə, söhbət infrastruktura – əsas kanala və məlumat bazalarına cavabdeh olan komandadan gedir.

Qeyd edək ki, Mask şirkəti satın aldıqdan sonra onun 7500 işçisinin yarısı ixtisar edilib, qalanlarına işini davam etdirmək üçün şərtlər təklif edilib, daha 1200 nəfər isə bu şərtlərlə razılaşmayıb.

Mənbə: rossaprimavera.ru

Share: