Türkiyədə mərmər daşıyan TIR-la mikroavtobus toqquşub, doqquz nəfər xəsarət alıb

Türkiyənin Balıkəsir vilayətində mərmər yüklü TIR-la xidməti mikroavtobus toqquşub.

xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Vilayətin Ayvalık rayonunda baş verən hadisədə doqquz nəfər xəsarət alıb.

Zeytun yağı fabrikində işləyən işçiləri daşıyan Enis Kocamanın idarə etdiyi xidmət mikroavtobusu Çanaqqala ilə İzmiri birləşdirən E-87 magistral yolunda Ayvalık döngəsinə girmək istəyərkən Abdullah Aytulun idarə etdiyi yük maşını ilə toqquşub.

Xəsarət alanlardan ikisinin vəziyyət ağır qiymətləndirilir.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Share: