Türkiyədə koronavirusdan ölənlərin və yoluxanların sayı azalır

Türkiyədə son sutka ərzində koronavirusdan 57 nəfər dünyasını dəyişib, 977 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə ölüm halı 3641, yoluxma halı 133 721 olub.

Son sutka ərzində 30 min 395 nəfərə test edilib ki, bu da ümumi test sayını 1 milyon 265 min 119-a çatdırıb.

Son bir gündə 4782 nəfər sağalaraq evə buraxılıb. Koronavirusdan sağalanların ümumi sayı 82 min 984 nəfərdir.

Share: