Məşhur türkiyəli aktyor Civan Canovanın əsərləri “Damlalar” sərgisində nümayiş olunub.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərgidə keçən ilin avqustunda ağciyər xərçəngindən vəfat edən sənətçinin 60-a yaxın tablosu yer alıb.
Qeyd edək ki, Civan Canova “Eve dönüş”, “Sokaktaki adam”, “72. koğuş” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.