Türkiyədən şok cavab: Göndərin qırıcıları, yoxlayaq!

Türkiyə Prezidentinin baş müşaviri İgid Bulud S-400-lərlə bağlı son zamanlar gəzən söz-söhbətlərə olduqca unikal tərzdə cavab verib.

Müstəqil.Az xəbər verir ki, İ.Bulud zenit-raket sistemlərinin aktiv olub-olmamasını anlamağın tək yolu olduğunu bildirib.

“Daim soruşurlar: S-400-lər aktivdirmi? Bunu anlamağın bir yolu var: “Türkiyəni lazımi tərzdə cəzalandıracam” deyən Makron və “Türkiyə baş bəlasıdır” deyən Miçotakis birləşib, qırıcılarını iddia etdikəri hava məkanına göndərəcəklər. Birlikdə görəcəyik!” – deyə Bulud qeyd edib.

Kamran Ədalət

Share: